Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Medellin şəhərindəki «Coliseo Ivan de Bedout» İdman Kompleksində 1/8 mərhələdə Tailand yığması ilə qarşılaşan Azərbaycan millisi 13:8 hesabı ilə qələbə qazanıb. Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığından qalib əlavə vaxtda müəyyənləşib.

Azərbaycan millisi 1/4 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 26-sı, saat 03:00) Cali şəhərindəki «Coliseo El Pueblo» İdman Kompleksində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG