Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

«Qlobal iqtisadi böhran və neftin qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan ötən il öz inkişaf dinamikasını qoruyub saxlamağa nail olub».

Xarici işlər naziri Elmar Məmmədyarov bunu Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin 15-ci iclasında deyib. E.Məmmədyarovun çıxışını Azərbaycan Xarici İşlər Nazirliyinin saytı yayıb.

Nazir deyib ki, 2015-ci ildə ölkədə qeyri-neft sektorunun payı 8.4 faiz artıb. 2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 20 milyard ABŞ dollarından çox olub.

Nazir Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regionda bir çox strateji layihələrinin təşəbbüskarı və icraçısına çevrildiyini vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas mərkəzi olaraq, malların Fars körfəzindən Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin etdiyini söyləyib: «Regionda aparıcı ticarət və logistika mərkəzi olmağı hədəfləyən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında əsas rol oynayacaq».

BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Sessiya sentyabrın 26-na kimi davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG