Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Konqresin kəşfiyyat komitəsindən olan demokratlar Rusiyanı Amerikada prezident seçkilərinə təsir etmək cəhdində günahlandırırlar. Konqresmenlərin dediyinə görə, Rusiya kəşfiyyatı kompüterlərə hücum etməklə seçkinin nəticələrini dəyişməyə çalışır.

Senator Dianne Feinstein və Nümayəndələr Palatasının üzvü Adam Schiff məsələylə bağlı sərt bəyanat yayıb. Onların məlumatına görə, Rusiyanın kəşfiyyat agentlikləri bu istiqamətdə ciddi iş görür: «Bu cəhd seçkilərin təhlükəsizliyi barədə şübhələrə səbəb ola, səsvermənin nəticələrini dəyişməyə yönələ bilər».

Konqresmenlərin dediyinə görə, kəşfiyyatçılar belə bir əməliyyatı yerinə yetirmək üçün yalnız çox yuxarılardan əmr ala bilərlər. Amerika rəsmiləri Rusiya prezidenti Vladimir Putin-i hakerlərin bu fəaliyyətini dayandırmağa çağırıblar.
Birləşmiş Ştatlarda prezident seçkisi noyabrın 8-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG