Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Gürcüstanda Stephen Kingin doğum günü qeyd olunur


Amerikan yazıçısı Stiven King

Amerikan yazıçısı Stiven King

-

Gürcüstanın paytaxtı Tibilisidə tanınmış amerikalı yazıçı Stephen King-in doğum günü qeyd olunur. Sentyabrın ayının 21-i dəhşət janrının ustası olan yazıçının 69 yaşı tamam olur. Kingin gürcü pərəstişkarları onun bestsellerlərindən biri "Dörddən sonra gecəyarısı" hekayələr toplusunun gürcücə tərcüməsininin təqdimatını keçirərək qeyd ediblər. Stephen King bu kitabını 1990-cı illərdə yazıb. Yazıçının doğum gününün Gürcüstanda qeyd olunması ideyası da elə "Palitra-L" nəşriyyatına məxsusdur.

Doğum günü tədbirləri çərçivəsində gənclər arasında qorxulu əhvalatlar yarışması keçirilib və Kingin romanı əsasında çəkilmiş "Gizli pəncərə" filmi göstərilib.

Buna da bax: Stephen King: “Din qorxunc bir alətdir”

Xatırladaq ki, dünya dəhşət janrının kralı adlandırılan Stephen King 55 romanın 2o0-ə qədər hekayənin müəllifidir. Yazıçının dünya üzrə 350 milyondan çox kitabı satılıb.

XS
SM
MD
LG