Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Bir kiloqram pambığa 10 qəpik subsidiya veriləcək


İmişlidə pambıq tarlası

İmişlidə pambıq tarlası

Emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat (10 qəpik) subsidiya veriləcək.

Prezident İlham Əliyevin sentyabrın 22-də imzaladığı pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncamda belə nəzərdə tutulur.

Sərəncamla müəyyən edilən subsidiyalar 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil ediləcək.

Buna da bax:​ Prezident pambıqçılarla görüşüb

Prezident İlham Əliyevin sentyabrın 22-də imzaladığı pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncamda belə nəzərdə tutulur.

Sərəncama əsasən, Nazirlər Kabineti emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara subsidiyanın verilmə qaydasını hazırlayacaq.

Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda olarkən pambıqçılığın inkişafına dair müşavirə keçirmişdi. Həmin müşavirədə Azərbaycanda pambıqçılığın inkişafı prioritet olduğu qeyd edildi.

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır. Həmin vaxt ölkədə yanacağın qiyməti artırılmışdı.

Buna da bax:​ Bu qiymətə pambıq əkməyə dəyər?

Buğda, çəltik, tütün əkininə görə də, qeyd edilən məbləğə 40 manat əlavə edilir.

Prezidentin yeni sərəncamına görə, 100 kiloqram pambığa 10 manat subsidiya düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG