Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Musiqili teatr mövsümü uşaqlar üçün tamaşa ilə açır


Dövlət Musiqili teatrın "Meşə çaqqalsız olmaz" tamaşası 2016.

Dövlət Musiqili teatrın "Meşə çaqqalsız olmaz" tamaşası 2016.

-

Musiqili Teatr mövsümə “Meşə çaqqalsız olmaz” tamaşasıyla başlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq. Teatr mövsümə oktyabrın 1-i saat 12.00-da Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunacaq. Teatrın təqdim etdiyi yeni tamaşa Ermənistan-Azərbaycan arasındakı münaqişəni bədii dildə təsvir edir. Tülkü və Çaqqal bir meşəyə soxulur, “Buralar bizim tarixi ərazilərimizdir!” söyləyirlər. Yerli heyvanların yuvalarını dağıdıb yerində daşdan ev tikərək öz tarixi eksponatları kimi təqdim edirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali fövqəlgücə - Ayıya müraciət etmək zorunda qalır. Və... əsl tamaşa da məhz bundan sonra başlayır...

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG