Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Nazirliyin saytı xəbər verir ki, bu görüş E.Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində gerçəkləşib.

Görüşdə hər üç həmsədr Igor Popov (Rusiya Federasiyası), James Warlick (ABŞ), Pierre Andrieu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə Andrzej Kasprzyk iştirak edib.

Xəbərdə qeyd edilir ki, görüşdə Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

Nazir Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda məşq və təlimlər keçirməsini də həmsədrlərin diqqətinə çatdırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bu münaqişə ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Sessiya sentyabrın 26-na kimi davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG