Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Qəbələ rayonunda yeni peşə məktəbi yaradılacaq.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq. Nazirin deməsinə görə, BP şirkəti ilə birlikdə həyata keçirilən «Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması» layihəsi çərçivəsində ilk pilot rayon Qəbələ seçilib:

«Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır. Məqsəd Qəbələ şəhərində yenidən tikilən kənd təsərrüfatı peşə təhsil mərkəzində tədris olunan proqramların, kurrikumların, yəni məzmunun hazırlanmasıdır. Yeni məktəb 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq».

Nazir deyib ki, peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatına aid başqa ixtisaslar üzrə mütəxəssislər hazırlanacaq.

Ölkədə, əsasən, sovet vaxtı yaradılan 50-yə yaxın peşə məktəbinin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG