Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Ukrayna prezidenti Petro Poroshenko BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsində gedən münaqişəyə görə Rusiyanı pisləyib. O, «həmvətənlərinə qarşı saysız-hesabsız cinayətlər törədən terrorçu dəstələr»in arxasında məhz Rusiyanın dayandığını, onun bu dəstələri maliyyələşdirdiyini deyib.

Poroshenko bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərtərəfli müharibəsinin terrorçu tərəfi göz qabağındadır.

Ukrayna silahlı qüvvələriylə separatçılar arasında 2014-cü ildən bəri davam edən döyüşlər nəticəsində 9 min 600 nəfər həlak olub.

Poroshenko eyni zamanda BMT Təhlükəsizlik Şurasını Suriya probleminin həllində və Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə cavab verməkdə göstərdiyi «acizliyə» görə qınayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG