Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Bələdiyyə işçiləri sui-qəsddə günahlandırılır


Diyarbəkir bələdiyyəsi

Diyarbəkir bələdiyyəsi

Türkiyədə siyasətçiyə sui-qəsd cəhdində ittiham olunan 13 nəfər həbs edilib. Tutulanlar arasında Diyarbəkir vilayətinin bələdiyyə işçiləri də var.

Rəsmi məlumata görə, polis hakim AKP-nin sədr müavini Mehdi Eker-in yaxınlarının qəbri ətrafında 640 kq partlayıcı tapıb. Partlayıcı aşkar edilən günün ertəsi Eker məzarlığı ziyarət edəcəkmiş.

Türkiyənin cənub-şərqində ən böyük şəhər olan Diyarbəkirdə tez-tez kürdlərlə yerli orqanlar arasında toqquşmalar olur. Son vaxtlar hökumət bu regionda əhali tərəfindən seçilmiş onlarla bələdiyyə rəisini kürd silahlı qüvvələriylə əlaqədə günahlandıraraq vəzifəsindən uzaqlaşdırıb. Kürdlərin HDP-si hökumətin bu hərəkətinin «administrativ çevriliş» olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG