Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:02

Prezident: 'İşsizlik aradan qaldırılacaq'


İlham Əliyev Mingəçevirdə
İlham Əliyev Mingəçevirdə

«Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır».

President.az saytının xəbərinə görə, dövlət başçısı İlham Əliyev bunu sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində deyib.

İ.Əliyev Sənaye Parkında görüləcək işlərin ümumi iqtisadi potensialı gücləndirəcəyini bildirib: «Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir».

Dövlət başçısı qeyd edib ki, bu layihə şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, kənd təsərrüfatına və sənaye potensialının inkişafına çox böyük xeyri olacaq.

Prezident əlavə edib ki, Bakı ilə birlikdə ölkədə 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır: «Çünki Mingəçevir böyük şəhərdir, əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir».

Prezident deyib ki, bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəyə böyük həcmdə xarici valyuta gətirəcək. Üstəlik, orada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.

«GÖZƏL TURİZM POTENSİALI VAR»

Dövlət başçısı Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində turizmdən də danışıb:

«Mingəçevirin gözəl turizm potensialı var. Artıq burada bir neçə otel fəaliyyətə başlayır. Hesab edirəm ki, şəhər rəhbərliyi və ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir».

Prezident vurğulayıb ki, indi turizmin inkişafı prioritetlər sırasındadır və vizalarla bağlı qanunvericiliyə dəyişikliklər bu il bu sahənin inkişafına çox böyük təkan verib: «Xarici turistlər də Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG