Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Ankarada təhlükəsizlik qüvvələri İsrail səfirliyi yaxınlığında silahlı adamı güllələyib, yaralayıblar.

Rəsmilər silahlı şəxsin psixoloji problemi olduğunu, hadisənin hər-hansı terror təşkilatı ilə əlaqəsi olmadığını bildirir.

Hadisə sentyabrın 21-də baş verib. Rəsmi məlumata görə, milliyyəti türk olan bir nəfər Ankaradakı İsrail səfirliyinə yaxınlaşaraq, qəzetin arasında saxladığı bıçağı çıxarıb və qışqırmağa başlayıb. Polis onun mühafizəçilərə, yoxsa səfirliyə hücum etmək niyyətində olduğunu müəyyən etməyib, xəbərdarlıqlara məhəl qoymadığı üçün atəş açaraq ayağından yaralayıb. Səfirlik, əməkdaşlarından heç birinin zərər çəkmədiyini bildirib.

Keçən həftə bir neçə ölkə təhlükəylə bağlı xəbərdarlıqlara görə Ankaradakı səfirliyini bağlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG