Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Ermənistan mediası sentyabrın 21-də nələri yazır?

Təbii ki, əsas mövzu Ermənistanın əldə etdiyi “İskander” raket sistemidir.

“Aykakan jamanak” qəzeti rusiyalı hərbi ekspert Vladimir Yevseyevlə müsahibəni dərc edib. Ondan soruşulub ki, Ermənistan ordusunda “İskander”, “Buk”, “Smerç” kimi silahların olmasının əhəmiyyəti nədir, konkret Qarabağ münaqişəsi kontekstində?

Yevseyev deyir: ““İskander” xüsusilə Qarabağ münaqişəsi baxımından Ermənistan üçün əhəmiyyətlidir, çünki münaqişənin başlanacağı təqdirdə Bakını çəkindirəm raket amilidir. Bu silahın hədəfində məhz Bakı olacaq, neft mədənləri, neft, qaz boruları yox, məhz Bakı. Bakını hədəfə almaq üçün “İskander”-i Qarabağda yerləşdirməyə ehtiyac yoxdur.”

İskander M

İskander M

Yevseyev İskander-in xüsusiyyətindən də danışır:””İskander”-in fərqi odur ki, raket əleyhinə və hava hücumundan müdafiə sistemlərini aşaıb-keçə bilir və çox dəqiq zərbə endirir”.

Növbəti sual: “indi demək olarmı ki, Ermənistanla Azərbaycan arasında hərbi tarazlıq bərpa olundu?”

Yevseyev deyir: “İndi hətta Ermənistanın müəyyən mənada üstünlüyü var. “Buk” və “Solntsepek” hava hücumundan müdafiəni gücləndirir. “Smerç” hərbi balansın bərpasına xidmət edir. Bundan başqa, birgə Rusiya-Ermənistan hərbi hissəsi yaradılıb ki, bunun da məqsədi Naxçıvandan gələn təhlükəni neytrallaşdırmaqdır”

Axırıncı sual pilotsuz təyyarələrdən müdafiə ilə bağlı olub.

Yevseyev deyib ki,”radioelektron mübarizə üçün Ermənistana “Avtobaza” sistemi verilib. “Avtobaza” kəşfiyat və zərbəendirici pilotsuz avadanlıqları yerə endirməyə qadirdir. Bu sistem 10 km-cən hündürlükdə uçan pilotsuz təyyarələrin uçuşunu dayandıra bilər”

PUTİNDƏN, NAZARBAYEVDƏN KÜSÜBLƏR

Ermənistanın “İrates” qəzeti isə “Respublika” partiyasının sədri Aram Sarqsyanla müsahibəni dərc edib. Sarqsyan deyir:

sağda: Levon Ter-Petrosian, solda: Aram Sargsyan

sağda: Levon Ter-Petrosian, solda: Aram Sargsyan

”Aprel müharibəsi bizim durub-dayandığımız nöqtə oldu. Təkcə Putin və Lukashenkonu sevən hakimiyyət dayanmadı. Cəmiyyətin Putini və Lukashenkonu sevən hissəsi də dayandı. Onlar başa düşdülər ki, bizim girdiyimiz meydan minalıdır, bu ölkələrin hamısını başqa maddi maraqları var, onlar gördülər ki, onların ürəyinə əziz olan Putin, Lukashenko və Nazarbayev özlərini necə apardılar”

“Strateji tərəfdaş olan Rusiya özünü necə apardı. Kreml yalnız 4-cü gün ağzını açdı, o da Bakının xeyrinə.”

Qəzet soruşub ki, Ermənistanda niyə dəyişiklik olmur?

Sarqsyan cavab verir ki, “ona görə ki, ayağa qalxan xalqın onu dəyişikliyə itələyən liderlərləproblemi var. Bu liderlərin geosiyasi baxışları, onların xüsusilə Qarabağ məsələsində ehtiyatlılığı, Rusiya ilə sıx əlaqələrə görə, daha pis iqtisadi vəziyyətə düşmək qorxusu. Bütün bunlar reallıqdan uzaqlaşdırır.”

Sarqsyan Rusiyaya işarə edərək deyir: “Mən əminəm ki, bizim xalq indiki hakimiyyəti yıxmaq istəsəydi, çoxdan yıxardı.Ancaq biz daha böyük qüvvə ilə rastlaşırıq. Bu qüvvə dəyişiklik istəmir. O qüvvə qorxur ki, dəyişlik onların ölkəsinə də gedib çıxacaq “

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG