Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Prezident Mingəçevirdə


İlham Əliyev Mingəçevirin mərkəzi hospitalında

İlham Əliyev Mingəçevirin mərkəzi hospitalında

Prezident İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfər edib. Ölkə başçısı şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olub. Yeni müəssisələrin açılışını edib.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Xəbərdə bildirilir ki, prezident Sahil və Füzuli parklarında, Kür çayının sahilində salınmış yanalma platformasında olub.

Buna da bax:​ Prezident Qəbələ və İsmayıllıda- [Fotolar]

Prezident Sahil və Füzuli parklarında, Kür çayının sahilində salınmış yanalma platformasında olub.

Ölkə başçısı daha sonra Mingəçevir Sənaye Parkının təməlqoyma mərasiminə qatılıb. Sözügedən müəssisə prezidentin 2015-ci ilin fevralında imzaladığı sərəncama əsasən yaradılır.

Təməlqoyma mərasimində məlumat verilib ki, parkın yaradılması ilə əlaqədar olaraq “Mingəçevir-Toxucu” ASC ləğv edilib. Onun 15 hektara yaxın torpaq sahəsi parkın istifadəsinə verilib.

Qafqazın ən nəhəng tikiş müəssisəsi Mingəçevirdə inşa ediləcək?

Ölkə başçısına məlumat verilib ki, Mingəçevir Sənaye Parkında 9 müəssisə inşa ediləcək. Orda pambıq və yun ipliyi müəssisəsi yaradılacaq.

Ölkə başçısına məlumat verilib ki, Mingəçevir Sənaye Parkında 9 müəssisə inşa ediləcək.

Bundan başqa orada corab və ayaqqabı istehsalı müəssisələrinin tikilməsi də nəzərdə tutulur. Bununla Azərbaycanın corab məhsullarına tələbatının 50 faizi ödəməlidir. Digər müəssisədə isə illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcəyi bildirilir.

Buna da bax:​ Pirallahıda sənaye parkı yaradılır

Sənaye Parkında tibbi kosmetika, toxuculuq müəssisələrinin işə salınması da nəzərdə tutulur. Ən iri layihə isə tikiş fabrikinin inşasıdır. Planlamaya görə, Qafqazın ən nəhəng tikiş müəssisəsi Mingəçevir Sənaye Parkında inşa ediləcək.

Ölkə başçısı parkın təməlqoyma mərasiminin ardınca Mingəçevir Şəhər Tarix Muzeyinin açılışına qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG