Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Yunanıstan bu ölkəyə qaçmış 8 Türkiyə əsgərindən 3-nə sığınacaq verməkdən imtina edib.

Amma qərardan şikayət verilə bilər.

Onların vəkili Stavroula Tomara bundan əvvəl Reutersə istənilən mənfi qərardan şikayyət veriləcəyini bildirmişdi.

Qalan 5 əsgərin müraciətinə nə vaxt baxılacağı hələ ki, bəlli deyil.

Xatırladaq ki, onlar Yunanıstana 16 iyul uğursuz qiyam cəhdindən sonra qaçıb və dərhal da siyasi sığınacaq istəyiblər.

Türkiyə hakimiyyəti onları vətənə xəyanət və terrorçuluqda ittiham edir.

Əsgərlər ittihamları rədd edirlər.

Ankara artıq onların verilməsi ilə bağlı Afinaya rəsmi sorğu göndərib.

XS
SM
MD
LG