Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Çexiya İrana pivə ixrac edən ilk ölkəolmaq istəyir, əlbəttə ki, alkoqolsuz.

Bunu ölkənin keçmiş xarici işlər naziri Jan Kavan təklif edib.

O, hazırda Cexiya-Slovakiya-İran ticarət palatasının rəhbəridir.

Bu palatanı bir il əvvəl prezident Milos Zemanın yaxın ətrafının dəstəyi ilə elə Kavanın özü yaradıb.

Onun sözlərinə görə, İrana alkoqolsuz pivə ixracı məsələsini iranlıların özləri xahiş ediblər: “Uzun axtarışlardan sonra nəhayyət tamamilə alkoqolsuz pivə bişirə bilən belə bir şirkət tapdıq”, deyə keçmiş nazir bildirir.

Xatırladaq ki, Çexiyadakı alkoqolsuz pivələrin əksəriyyətində çüzi də olsa alkoqol var.

Amma pivə İrana göndəriləcək yeganə Çexiya malı olmayacaq.

Hazırda ticarət palatasının əməkdaşları şüşə əşyalar istehsal edən “Preciosa”,“Tatra Trucks” və “Skoda Praha” kimi şirkətlərlə də danışıqlar aparırlar.

Çexiyanı İranda daha çox tikinti və maşınqayırma sahələri maraqlandırır.

Kavananın sözlərinə görə, eyni zamanda Çexiya İrandan quru meyvə, fıstıq və makaron idxal eləmək istəyir.

Qeyd edək ki, 2016-cı ilin əvvəllərində İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG