Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

MSK sədri: 'Azad seçki mühiti mövcuddur'


Məzahir Pənahov
Məzahir Pənahov

“Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır. Bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır”.

Sentyabrın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə deyib. Bu haqda “Turan” İnformasiya Agentliyi MSK-ya istinadən bildirir.

Buna da bax:​ Səfir Konstitusiya dəyişikliyindən danışdı

ABŞ-ın Azərbaycandakı səfiri sentyabrın 26-na təyin edilmiş referenduma hazırlıqla maraqlanıb.

M.Pənahov vurğulayıb ki, sentyabrın 26-na təyin olunmuş referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli, şəffaf keçirilməsindən ötrü hər cür şərait və demokratik mühit mövcuddur.

M.Pənahov vurğulayıb ki, sentyabrın 26-na təyin olunmuş referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli, şəffaf keçirilməsindən ötrü hər cür şərait və demokratik mühit mövcuddur.

MSK sədri həmçinin, səfirə seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsindən ötrü gerçəkləşdirilmiş layihələr haqda bilgi verib.

Buna da bax:​ Venesiya Komissiyası ilkin rəyini açıqladı

Görüşdə müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Azərbaycanda müxalifət qüvvələrindən Milli Şura və Müsavat Partiyası isə MSK-ya etimad göstərmirlər. Milli Şura və Müsavat Partiyasından deyirlər ki, nə MSK-da, nə də yerli komissiyalarda onların təmsilçiləri var. Hətta Müsavat Partiyası bu referendumda müşahidəçilərinin də qeydiyyata götürülmədiyini bildirir.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG