Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Cəbhəçi atasının icra hakimiyyətində döyüldüyünü deyir


Ruslan Nəsirli

Ruslan Nəsirli

AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Ruslan Nəsirli sentyabrın 21-də atasının Saatlı rayon İcra Hakimiyyətində döyüldüyünü deyir.

Ruslan Nəsirli atasının döyülməsini ailəliklə Milli Şuranın sentyabrın
11-i və 17-də keçirilən aksiyalarında iştirakı ilə izah edib. Gənc cəbhəçinin deməsinə görə, rayondan mitinqdə kim iştirak edibsə, onlara təzyiqlər edilir.
«Artıq iki gündür ki, icra nümayəndələri atamın iş yerinə gedərək mitinqdə niyə iştirak etdiyini soruşurlar. Atam bunun onlara heç bir aidiyyəti olmadığını bildirərək, iş yerindən uzaqlaşdırıb.

Bu gün isə atamı polis gücünə icra hakiminin kabinetinə aparıblar. İcra başçısı öz ağalarının sifarişindən ilhamlanaraq atamı küçə söyüşləri ilə təhqir edib. Cavabını aldıqdan sonra isə polis rəisi, şəhər soveti və icra başçısı atamı təkləyərək döyüblər»,-deyə gənc cəbhəçi qeyd edir.

Məsələyə Saatlı rayon İcra Hakimiyyəti və polis şöbəsinin də münasibətlərini almağa çalışırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG