Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

Sentyabrın 20-də «Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalında maraqlı tamaşa göstərilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı festivala məşhur İtaliya bəstəkarı C.Rossininin «Sevilya bərbəri» operası əsasında hazırlanmış tamaşa gətirib.

Klassik musiqini uşaqlara sevdirmək niyyəti ilə hazırlanmış səhnə əsəri fonoqram səsləndirmə ilə qurulmuş kukla teatrı tamaşasıdır.

Tamaşanın mətni gürcü, rus, Azərbaycan, türk və ingilis dillərində lentə alınıb.

Şəkidə Azərbaycan dilində oynanılan tamaşa anşlaqla keçib.

Gözəl Rozina ilə qraf Almavironun saf sevgi macərası, hiyləgər və çevik bərbər Fiqaronun sevənlərə köməyi barədə əhvalat-tamaşa balaca teatrsevərlərin ürəyincə olub. İtalyan dilindəki əsərin məzmununu aparıcı-dirijordan doğma dildə eşitmək uşaqları opera sənətinə bir addım yaxınlaşdırıb.

Rejissor Besarion Kupreişvili ilə əsəri kukla teatrı formatına uyğunlaşdırmış Quri Zakareişvilinin bu ideyası artıq dördüncü dəfədir ki, Gürcüstandan kənarda uğurla oynanılır.

«Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı sentyabrın 15-dən başlayıb.

Festival sentyabrın 24-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG