Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Muzey Mərkəzində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində «Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu»nun təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, kataloq bu qurumun «Azərbaycan bəstəkarları və musiqişünasları» layihəsi əsasında, Bəstəkarlar İttifaqının dəstəyi ilə çap olunmuş broşürlər üzrə hazırlanıb.

Broşürlərdə təkcə klassiklər deyil, çağdaş bəstəkarlar və musiqişünaslar haqqında məlumatlar da yer alıb.

Layihə əsasında indiyədək 34 broşür çap edilib.

Hazırda 18 broşürün çapa hazırlandığı bildirilir.

«Şərq-Qərb» nəşriyyatında çap olunmuş broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və başqaları haqqında məlumatlar var.

Elektron kataloqun müəllifi «Musiqi dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədovdur.

Kataloqda bəstəkar və musiqişünasların əsərləri də təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG