Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

Vaşinqton Rusiyaya qarşı sərt ittihamlarla çıxış edib


BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası

BMT-nin Suriyaya yardım karvanının bombalanması Amerika və BMT rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Vaşinqtonun Rusiyaya qarşı ən sərt ittihamını milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes səsləndirib: «Nə olur-olsun, biz bu hadisəyə görə Rusiyanı cavabdeh hesab edirik». BMT-nin baş katibi Ban Ki-Moon isə hadisəni törədənləri «qorxaq» adlandırıb.

Sentyabrın 19-da BMT-nin Suriyaya yardım aparan maşın karvanı bombalanıb, 20 nəfər həlak olub. BMT ölkəyə gedən bütün yardım karvanlarını dayandırmalı olub. Suriyadakı Ərəb Qırmızı Xaç Cəmiyyəti də hücuma etirazını bildirərək, fəaliyyətini 3 günlüyə dondurduğunu elan edib.

Rusiya Müdafiə Nazirliyi ittihamları rədd edir, maşın karvanına yerli qrupların atəş açdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG