Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Rusiyada budəfəki səsvermə seçicilərin qeyri-fəallığı ilə yadda qaldı. Prosesin idarə olunduğunu bilən seçicilərin çoxu səsverməni boykot etdi. Rəsmilər seçicilərin 50%-ə qədərinin, müstəqil müşahidəçilər isə cəmi 31%-nin səsverməyə qatıldığını deyir. Rusiyada səsvermələrdə hələ bu qədər az seçici iştirak etməmişdi. «Bu, dövlətin bundan sonra xalqa deyil, öz mərkəzləşmiş hakimiyyətinə söykənəcəyini göstərir», - «Stratfor» geosiyasi analitik araşdırma mərkəzi belə yazır.

Müəllif Vasily Maximov bildirir ki, bütün hallarda Dumaya seçki hakim partiyanın triumfudur. Vahid Rusiya Partiyası səslərin 76%-ni toplayaraq, Dumadakı yerlərin əksəriyyətini tutdu. Üstəlik, seçkisonrası vəziyyət uğurla idarə olundu. Hökumət keçən seçkidən fərqli olaraq, kütləni qıcıqlandıran açıq-aşkar manipulyasiyalardan çəkinib, əvəzinə seçki siyasətinə dəyişiklik etdi, rəqib partiyalarla gizli razılaşmalara getdi. «Amma hər şeyə rəğmən, «Vahid Rusiya»nın qələbəsi əskik qələbədir», - müəllif yazır.

Buna da bax-'Rusiyada seçicilərin laqeydliyi onların etiraz formasıdır'

Müəllifin fikrincə, seçicilərin fəallığının zəifliyinə səbəb həm də Kremlin özüdür. Səsverməni sentyabrın 18-nə salmaqla hökumət əhalinin çoxunun evindən uzaqda olacağını, ya da sadəcə, istirahət etdiyinə görə siyasət barədə düşünməyəcəyinə əmin idi. Amma yenə də, seçici fəallığı Kremlin güman etdiyindən də zəif oldu. Nəticədə, indiyədək xalqın müxtəlif təbəqələrindən güc alan Putin hökuməti daha çox mərkəzləşdirilmiş hakimiyyətə arxalanmağa köklənir.

PUTIN BUNDAN SONRA NEYLƏYƏCƏK?

Vasily Maximov hesab edir ki, «Vahid Rusiya»nın seçkidə qələbəsi ona nəzərdə tutduğu sərt qərarları çıxarmağa gərəkən mandatı verir. Digər tərəfdən, rus hökuməti iqtisadiyyatla bağlı, nəhayət, ciddi ölçü götürməlidir. Dumanın tərkibi hakim qüvvənin istədiyini edəcəyini göstərir.

Müəllif yazır ki, seçki nəticələri həm də Putin-ə 2018-ci il prezident seçkisində iştirak etmək imkanı verir, hərçənd onun özünün seçkiyə qatılıb-qatılmayacağı sual altındadır. Putin prezidentlikdən yorulduğuna, davamçısı ilə bağlı düşündüyünə eyham vurub. Üstəlik, onu əvəzləyəcək şəxsin kənardan olacağına işarə edib. Müəllifin fikrincə bu, Putin-in özünün yaratdığı sistemdə təcrid olunmasının əlamətidir.

Buna da bax-Putin qızlarından, bir də Rusiyanın gələcək prezidentindən söz açıb

Dövlətə Putin-lə bərabər gələn qüvvələrin məhdud resurslar, əmlak və hakimiyyət uğrunda mübarizəsi getdikcə güclənməkdədir və onlar prezidentə etirazlarını bildirirlər. Putin isə öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü ölkənin bəzi nüfuzlu şəxslərini vurmağa başlayıb, şəxsi hərbi qüvvələrini yaradıb. Bu da onun Kremlin xarici, həm də daxilində baş verə biləcək çevrilişdən ehtiyatlandığını nümayiş etdirir.

Müəllif Vasily Maximov diqqəti seçkidən əvvəl gəzən şayiələrə çəkir. Mətbuatda yayılan məlumatlara görə, Putin seçkidən sonra hökumətin tərkibini dəyişmək, idarəçiliyə şəxsən ona sadiq adamları gətirmək niyyətindədir.

SUPER NAZİRLİK. MGB

Sentyabrın 19-da təhlükəsizlik xidmətindəki mənbələr prezidentin şəxsən rəhbərlik edəcəyi «super nazirlik» yaratmağa hazırlaşdığını bildiriblər. Məlumata görə, yeni nazirlik Federal Müdafiə Xidməti, Xarici Kəşfiyyat Xidməti, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətindən ibarət olacaq və Rusiyanın bütün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının işinə nəzarət edəcək.

Dövlət Təhlükəsizlik Nazirliyi – MGB (Josef Stalin də öz «super nazirliyini» belə adlandırmışdı) isə kəşfiyyat, əks-kəşfiyyat, mühafizə və polis xidməti kimi fəaliyyət göstərəcək. Birbaşa prezidentə tabe olacaq MGB ölkənin ən nüfuzlu orqanına çevrilə və beləliklə, Putin-in bütün istintaqlara, məhkəmələrə və təhlükəsizlik qüvvələrinə nəzarətini təmin edər. «Amma hakimiyyəti bir şəxsin ətrafında birləşdirməklə Putin çox böyük risk edir. Daha öncə Kremldə və eləcə də xalq arasında qeyri-stabillik dövlətin yanaşmasını dəyişə bilmişdi. İndi isə sistem getdikcə daha çox Putinləşir», - «Stratfor» yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG