Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

-

"Yazı" ədəbiyyat dərgisinin yeni sayında nələr var...

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb.“Baş redaktordan” yazısı ilə açılan dərginin əvvəlində Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Poeziya” bölməsində Sevinc Elsevər, Aqşin Evrən, Anar Həbiboğlu, Sara Selcan, Faiq Hüseynbəyli, İltimas Səmimi, Məhəmməd Tanhu, İbrahimxəlil, Xeyrulla Xəyalın şeirləriyer alıb.

“Nəsr” bölümündə Ziyad Quluzadə, Vahid Qazi, Eldəniz Quliyev, Orxan İsmayıl, Çinarə Omray, Nicat Həşimzadə, Vüsal Oğuz, Zamiq Mehdisoy, Azad Qaradərəlinin hekayələri və Yaşar Bünyadın “İblis busəsi” romanının davamı çap olunub.

“İlk addımlar” bölümündə Elmir Xəta və Aysel Abdullazadənin şeirləri yer alıb. “Çevirmə” yerində L.Tolstoy, A.Çexov, Nazim Hikmət, İ.Brodski, A.Rembo, Fazil İskəndər, Berrin Taşın əsərləri və müasir İran şeirindən seçmələr, “Esseistika” bölümündə Niyazi Mehdi, A.Pellegrininin və A. Qaradərəlinin esseləri yer alıb.

“Güneyin səsi” bölümündə K. Xiyavın şeirlərini, “Yaddaş”da Tofiq Qəhrəmanovun 70 illiyi münasibəti ilə dəyirmi masada söhbət, Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” yazısı, “Bloq yazıları”nda Fatimə Kərimlinin bloqundan parçalar,“Palirta”da ünlü türk rəssamı Abidin Dinonunyaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin yeni sayını gələn həftə rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG