Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 17:45

Angelina Jolie və Brad Pitt ayrılır


Jolie-Pitt
Jolie-Pitt

Hollivud ulduzu Angelina Jolie digər kino ulduzu, aktyor, yazıçı və prodüser Brad Pittdən boşanır.

Jolie boşanma ilə bağlı müraciət edib. Jolie-nin vəkili deyib ki, aktrisa evliliyinə son qoymaq qərarını verib, səbəb isə bir araya gələ bilməyən fərqlərdir.

Brad Pitt "Daily mail" qəzetinə deyib ki, Jolie-nin bu qərarına üzülüb və kədərlənib. 

41 yaşlı Jolie ilə 52 yaşlı Pittin 6 uşağı var. Onlardan 3-ü övladlığa götürülüb.Bunlardan biri efiopdur, digərləri kambocalı və vyetnamlıdır. 

Jolie-Pitt cütlüyü Hollivudun ən məşhur və həsəd aparılan ailələrindən biridir.

Brad Pitt aktyor kimi 2 dəfə Oskar mükafatına namizəd olub.

Pitt “12 il köləlikdə” filminin prodüseri kimi Oskar mükafatı alıb. 

XS
SM
MD
LG