Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Barack Obama ABŞ prezidenti kimi BMT-dəki son çıxışında dünya inteqrasiyası prosesində kursda düzəlişlərə, iqtisadi bərabərsizliyə, dözümsüzlüyə, avtoritarizmə, özünü təcridə gətirən idarəçilik modellərini rədd etməyə çağırıb.

Sentyabrın 20-də BMT Baş Məclisində çıxış edən Obama Rusiyanı gücdən istifadədə günahlandırıb və deyib ki, qonşularının işlərinə qarışmaq Rusiyanı hörmətdən salır və Rusiyanın özünün təhlükəsizliyini azaldır.

Putin Rusiyasının Krımı ilhaq etməsinə toxunan Obama deyib ki, imperiyalar dövrü keçmişdə qaldı, Rusiya güc hesabına öz keçmiş əzəmətini qaytarmaq istəyir, bunlar daxildə populyar ola bilər, bir müddət millətçiliyi gücləndirə bilər, ancaq vaxt keçəcək, bu, Rusiyanın öz sərhədlərinin təhlükəsizliyini azaldacaq.

Obama azad bazara, vətəndaşların ictimai və dövlət işlərinə yaxından cəlbinə, şəffaf institutlara əsaslanan vəinsan haqlarına və beynəlxalq qanunlara hörmət edən idarəçiliyə çağırıb.

O deyib ki, demokratik institutlar qarşısında güclü şəxsiyyətə üstünlük verən idarəçilik yanlış yoldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG