Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:07

Onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil olmayacaq


Onkoloji xəstə (arxiv fotosu)
Onkoloji xəstə (arxiv fotosu)

İcbari sığorta paketində nə var, nə yoxdu?

İcbari tibbi sığorta paketinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Bu haqda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev xəbər verib.

Direktor APA-ya açıqlamasında deyib ki, paketə daxil olan xəstəliklərin siyahısı ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Buna da bax:​ İcbari tibbi sığorta paketi hazırlanır

Ürək-damar xəstəlikləri,...

Bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib...

“Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq”, Z.Əliyev deyib.

Tibbi sığorta zərfinə c müəyyən bahalı əməliyyatlar da daxil edilib. Z.Əliyevin sözlərinə görə, araşdırmalar zamanı ölkə vətəndaşlarının ən çox əziyyət çəkdiyi və daha çox vəsait tələb edən xəstəliklərin siyahısı müəyyən edilib.

“Bu əsasən ürək-damar xəstəlikləridir. Ona görə də, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil edilib”, deyən direktor paketə daxil edilməyən xəstəliklərdən də danışıb.

Paketə salınmayan xəstəliklər - onkoloji, şəkərli diabet...

“Bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyi nəzərdən keçiririk”, Z.Əliyev bildirib

Buna da bax:​ Onkoloji xəstəliklərdə artım var

Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun 17 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi tətbiq edilməyib. İcbari tibbi sığorta imkanından yalnız xarici şirkətlərdə çalışanlar istifadə edə bilirlər.

Bu yaxınlarda icbari sığortaya Azərbaycanın bölgələrindən başlanacağı açıqlanıb.

Prezident İlham Əliyev, hələ, 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, bu il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Bu yaxınlarda icbari sığortaya Azərbaycanın bölgələrindən başlanacağı açıqlanıb.

Buna da bax:​ Hər kəsin icbari sığortası olacaq

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş və əhəmiyyətli şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı. İndi isə neftin qiyməti düşüb, ölkənin gəlirləri azalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG