Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:40

Polisdən ümidi üzülən İsmayıllı sakini qardaşının qatilini özü axtarır


İsmayilli, polis maşını
İsmayilli, polis maşını

“İsmayıllı polisi qardaşımın qatilini axtarmır”

“Polisə deyirəm, “bu adam gəlib qarşından keçsə, tanıyacaqsan?” Deyir, “yox”. Düz deyir, tanıya da bilməz, axı… Ağır cinayət törətmiş adamın heç yerdə fotosu yoxdur. Bunlar cinayətkarı necə axtarır, bilmirəm”.

İsmayıllının Topçu kənd sakini, 40 yaşlı Hikmət Feyzullayev bu il sentyabrın 6-da elə kənddəcə toy məclisindən çıxarkən qətlə yetirilib. Feyzullayevlər ailəsi onu öldürmüş şəxsi polisin axtarmasına şübhəylə yanaşır. Qardaşı Ruslan Feyzullayev AzadlıqRadiosu-na bildirib ki, polisin əlində quruca axtarış qərarı var, fəaliyyəti isə görünmür:

İsmayıllının Topçu kənd sakini, 40 yaşlı Hikmət Feyzullayev bu il sentyabrın 6-da elə kənddəcə toy məclisindən çıxarkən qətlə yetirilib.

“ÖZÜMÜZƏ DƏ İMKAN VERMİRLƏR Kİ, MƏŞĞUL OLAQ”

“Adamı maşının içində amansızlıqla öldürmüş bir cinayətkarın elə həmin gündən ciddi axtarışı başlanmalı, ölkədən çıxışına qadağa qoyulmalıydı. Yoxlatdırmışıq ki, çıxışı da açıqdır, özü də nəinki beynəlxalq, heç MDB ərazisində də axtarışa verilməyib. O adam qaçıb gedib. Qaçıb getməsinin günahkarı da Azərbaycanın hüquq-mühafizə orqanlarıdır. Hər dəfə gedib prokurorluqda deyirəm ki, “niyə bu adamın tutulması üçün ciddi tədbirlər görülmür? Niyə quruca fotosu da polisdə yoxdur? Polis tuta bilmirsə, imkan verin, özümüz tutaq”. Deyirlər, “sən özün tədbir görsən, əlli-ayaqlı göndərərik həbsə”. Nə qardaşımın qatilini axtarmaq istəyirlər, nə də özümüzə imkan verirlər ki, məşğul olaq”.

Buna da bax:​ DİN: Bakıda qətllər azalıb

Topçu kənd sakini Hikmət Feyzullayevə öz yaxın qohumu Canbulad Hüseynov 3 bıçaq zərbəsi yetirib.

Ruslan Feyzullayevin deməsinə görə, bütün bunlar yetməz kimi, hadisəni törədənin ailə üzvləri də yasa batmış ailəni qıcıqlandıran hərəkətlərə əl atırlar:

“Bir həyətdə yaşayırıq, qardaşım ölən gündən bizi qıcıqlandırmaqdan ötrü al qırmızı geyinib qarşımızda gəzirlər, musiqinin səsini yüksəldirlər. Bilə- bilə ki, bu həyətdən cavan insanın nəşi çıxıb, gecə-gündüz şaqqanaq çəkib gülürlər. Bizi elə vəziyyətə gətiriblər ki, istənilən an istənilən hərəkətə əl ata bilərik. Bunu polisə də deyirik, ancaq tədbir görmür. Sanki polis gözləyir ki, özümüz tədbir görək və tutub həbsə atsın”.

QAÇIB GİZLƏNİB

“Heç bir polis işçisində qardaşımın qatilinin quruca fotosu da yoxdursa, onu necə axtarırlar?”

İsmayıllı rayon Polis Şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Topçu kənd sakini Hikmət Feyzullayevə öz yaxın qohumu Canbulad Hüseynov 3 bıçaq zərbəsi yetirib. Yaralı rayon mərkəzi xəstəxanasına götürülsə də həyatını xilas etmək mümkün olmayıb. Canbulad Hüseynov isə qaçaraq istintaqdan gizlənib:

“Onun tapılıb istintaqa verilməsindən ötrü bütün zəruri addımlar atılır. Mərhumun ailə üzvlərinin dedikləri də əsassızdır. Axtarışda olan şəxsin fotoları çoxaldılaraq paylanıb və polis həmin şəxsin tapılması üçün bütün lazımi tədbirlərini görür. Eyni ünvanda yaşayan tərəflərə isə bir-birləri ilə davranışda yanlışlığa yol verməmək xəbərdarlığı olunub”.

Buna da bax:​ Məmurun qətlinə görə xanımına 18 il həbs verildi

İsmayıllı rayon prokurorluğundan isə bildirilib ki, Hikmət Feyzullayevin qətli ilə əlaqədar “Cinayət Məcəlləsi”nin xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG