Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Sentyabrın 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Yarımadada gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sentyabrın 21-də ciddi yağıntı olmayacağı bildirilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı qeyd edilir. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG