Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Türkiyədə fövqəladə vəziyyətin uzadıla biləcəyini deyib.

«Reuters»ə müsahibəsində Türkiyə prezidenti bildirib ki, fövqəladə vəziyyət daha 3 aylığına, ya da daha uzun müddətə uzadıla bilər: «Gülen-in adamları hər yerdə kök salıb... Biz sui-qəsdçiləri yenə tapacaq və həbs edəcəyik. Fövqəladə vəziyyətin uzadılması bizə bu işdə yardım edəcək».

Tənqidçilərin fikrincə, fövqəladə vəziyyətin uzadılması Erdoğan-a azadlıqları boğmağa, parlamentsiz qərarlar çıxarmağa və rəqiblərinə qarşı təcili tədbirlər görməyə imkan verəcək.

Recep Tayyip Erdoğan müsahibəsində həm də Vaşinqtonun Fethullah Gülen-i saxlamağa əsası olmadığını deyib: «ABŞ bizim strateji müttəfiqimizdirsə və NATO partnyorumuzdursa…Gülen kimi terrorçunun təşkilatının fəaliyyətinə imkan verməməlidir».

Erdoğan hökuməti iyunun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin arxasında Amerikada sığınacaq almış Fethullah Gülen-in dayandığını deyir. Vaşinqton Gülen-in ekstradisiyasından imtina edib, yalnız Türkiyənin ciddi sübutu olduğu halda onu təhvil verəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG