Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

«Bu hakimlərin bizə heç bir aidiyyəti yoxdur. Mən belə hakim tanımıram, heç adlarını da eşitməmişəm».

Bunu APA-ya açıqlamasında Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev deyib.

İ.Quliyevin deməsinə görə, Beynəlxalq Tennis Federasiyasının ömürlük hakimlikdən uzaqlaşdırdığı deyilən Şirzad Həsənov və Arxip Molotyaqinin Azərbaycan Tennis Federasiyasına heç bir aidiyyəti yoxdur: «Bizim federasiyada heç beynəlxalq dərəcəli hakim yoxdur. Bu səbəbdən də mötəbər yarışlarda heç bir ədalət təmsilçimiz iştirak etmir. Referilərimiz milli dərəcəlidir. Bir daha təkrar edirəm ki, bu adamlar heç vaxt bizdə qeydiyyatda olmayıblar. Biz heç vaxt bukmekerlə işləyən insanı federasiyamıza götürmərik».

AZƏRBAYCANIN İKİ HAKİMİNƏ ÖMÜRLÜK CƏZA

Beynəlxalq Tennis Federasiyası (ITF) Azərbaycanın 2 hakimini cəzalandırıb.
APA-nın xəbərinə görə, ITF Şirzad Həsənov və Arxip Molotyaqini vəzifədən sui-istifadə günahlandıraraq ömürlük hakimlikdən uzaqlaşdırıb.

Xəbərə görə, ITF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna Azərbaycan hakimlərinin «Fyuçers» seriyalı turnirlərdəki bəzi hərəkətlərinin səbəb olduğu qeyd edilir.

Xəbərdə bildirilir ki, hakimlər təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra pozuntulara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçilərinin dəfələrlə bu addımı yubatdıqları deyilir.
Bundan isə fırıldaqçıların bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə, böyük məbləğdə pullar qazandıqları iddia olunur.

Hələlik, ittihamlara sözügedən hakimlərin münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG