Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

“Makdonalds” restoranlar şəbəkəsi Lüksemburqda vergidən yayınma ittihamı ilə 500 milyon dollar məbləğində cərimə oluna bilər.

Bu barədə Financial Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Lüksemburqda standart vergi dərəcəsi 29,2 faizdir.

“Makdonalds” isə 2009-cu ildən bu yana yalnız 1,49 faiz, 1,8 milyard avro gəlir vergisi verib.

Amma şirkət ittihamı rədd edir, borcu olmadığını təkid edir.

Şirkət 2011-2015-ci illərdə orta vergi dərəcəsi əsasında Avropa Birliyinə 2,5 milyard dollardan çox gəlir vergisi verdiyini deyir ki, bu 27 faizə yaxındır.

Financial Times yazır ki, “Makdonalds” və “Amazon” Apple şirkətindən sonra adı vergidən yayınmaqda hallanan növbəti şirkətlər ola bilərlər.

Avropa Komissiyası bundan əvvəl ABŞ-;n Apple korporasiyalarından 13 milyard avro tələb etmək qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG