Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlıq məsələsinə yenidən baxmalı olacaq. Bunu, ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby deyib.

Suriyaya yardım aparan BMT maşın karvanına havadan zərbə endirilib, ölənlər var. Vaşinqton zərbəni Suriya prezidenti Bashar al-Assad-ın, ya da onun müttəfiqi Rusiyanın endirdiyini bildirir.

Dövlət Departamentinin məlumatına görə, yardım karvanının marşrutu ruslara da, Suriya qüvvələrinə də məlum olub. John Kirby bu hadisənin Rusiyanın atəşkəsi təmin etməyə çalışacağını sual altında qoyduğunu, Birləşmiş Ştatların məsələni birbaşa Rusiya ilə müzakirə edəcəyini bildirib.

Keçən həftə koalisiya qüvvələri də Suriya silahlı qüvvələrinə havadan zərbə endirmiş, Birləşmiş Ştatlar bunun səhvən olduğunu bildirib, üzr istəmişdi.

Rusiya ilə Birləşmiş Ştatlar bu ay Cenevrədə Suriyada atəşkəslə bağlı razılaşma əldə etmişdilər.

XS
SM
MD
LG