Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Parisdə 'Azərbaycan şəhərciyi'nin açılışı olub


Parisdə «Azərbaycan şəhərciyi». 2015

Parisdə «Azərbaycan şəhərciyi». 2015

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə «Azərbaycan şəhərciyi»nin rəsmi açılışı olub.

AZƏRTAC-ın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Xəbərdə qeyd edilir ki, «Azərbaycan şəhərciyi» Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunub.

M.Əliyeva mərasimdə nitq söyləyib. «Artıq üç ildir ki, Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə, xalqlarımızın bir-birini daha dolğun tanımasına xidmət edir»,-deyə o qeyd edib.

M.Əliyeva vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin 25 illiyinə ölkədə hazırlıq gedir: «Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG