Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Türkiyədə şortik geyindiyinə görə qadını vuran kişi məhkəmə qərarı ilə həbs olunub.

Anadolu ajansının məlumatına görə, İstanbul məhkəməsi Abdulla Çakıroğlunu Aysegül Tərzini təkcə təhqir etməkdə günahkar bilməyib,məhkəmə həmçinin bildirib ki, Çakıroğlu Terzinin “öz azadlığını ifadə edə bimək haqqının qarşısını alıb”.

İnsident sentyabrın 12-də avtobusda olub. Terzinin şortikdə olması Çakıroğlunun xoşuna gəlməyib. O hətta qadını vurub.

Polisin dərhal həbs etdiyi Çakıroğlu sentyabrın 18-də azad olunmuşdu. Ancaq onun azadlığa buraxılması İstanbulda qadın təşkilatlarını və sosial medianı ayağa qaldırdı. Onlar hakimiyyəti qadını vuran kişinin hərəkətlərinə haqq qazandırmaqda ittiham edirdilər.

XS
SM
MD
LG