Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Türkiyə-Suriya sərhədinə yardım dolu 20 yük maşını toplaşıb


Foto arxiv

Foto arxiv

Türkiyə-Suriya sərhədindəki keçid məntəqəsinə yardım dolu 20 yük maşını toplaşıb.

Bu yardım Hələbin şərqində mühasirədə yaşayan 10 minlərlə insan üçün nəzərdə tutulub.

BMT yardımın hələ də Suriya ərazisinə keçməməsindən narahatlıq bildirib.

Təşkilat hümanitar karvanın Suriya ərazisinə keçməsi üçün hələ ki, Suriya hökumətindən müvafiq razılıq və təminat ala bilmədiyini deyir.

Qeyd edək ki, Suriyada həftəlik atəşkəs razılaşması sentyabrın 19-u, gecə yarısı sona yetib.

Hazırda Hələbin şərqində 270 mindən çox adam mühasirədə yaşayır.

BMT-nin məlumatına görə, sərhəddə ilişib qalan hümanitar yardımla 1 ay 185 mindək adamı təmin etmək olar.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG