Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

F.Əmirlinin işi Avropa Məhkəməsi yolunda


Faiq Əmirli
Faiq Əmirli

«Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıcov məlumat verib.

A.Layıcov deyib i, işi iki istiqamət olmaqla sentyabrın 16-da Avropa İnsan Haqları Məhkəməsinə göndəriblər: «Bir tərəfdən onun həbsi qanunsuzudur. F.Əmirlinin həbsi üçün kifayət qədər əsas olmayıb. Digər tərəfdən F.Əmirlinin təqsirsizlik prezumpsiyası pozulub».

F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də ona yönəlik ittihamları qəbul etmir.

Şahid: 'Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular'

Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

XS
SM
MD
LG