Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

-

Türkmənistanın paytaxtı Aşqabadda şənbə günü yeni beynəlxalq hava limanının açılışı olub.

Hava limanının tikintisi hökumətə 2 milyard dollardan baha başa gəlib.

3 terminaldan ibarət hava limanı (sərnişin, VİP və yük terminalı) saatda 2 minədək sərnişin, istənilən tip və istənilən ağırlıqda təyyarə qəbul edə bilir və beynəlxalq xidmət standartlarına tam cavab verir.

Hava limanındakı 2 uçuş-eniş xəttinin uzunluğu 3 800 metr, ümumi ərazisi isə 1 200 hektardır.

Açılış mərasimində prezident Qurbanqulu Berdımuxamedov iştirak edib.

O, ən müasir naviqasiya texnikası ilə təhciz edilmiş hava limanının qitə və qitələrarası iqtisadi-ticarət əlaqələrinin inkişafına kömək edəcəyini bildirib.

Yeni Aşqabad hava limanı, açılış mərasimində dünyadə ən böyük xalı təsvirli ornamentə görə Ginnesin rekordlar kitabının sertifikatını alıb.

Əsas sərnişin terminalının tavanındakı ornamentin böyüklüyü 705 kv metrdir.

Bu hava limanını Türkiyənin “Plimeks” şirkəti tikib, hansı ki, bundan əvvəl Olimpiya şəhərciyi, neytrallıq arkası olan Türkmənbaşının qızıl abidəsi, Aşqabat televiziya qülləsi, Türkmənbaşı şəhərindəki beynəlxalq hava limanının tikintisi bu şirkətə həvalə olunub.

Qeyd edək ki, Azərbaycan da beynəlxalq üçuşlarda Asiya ilə Avropa arasında əsas tranzit məntəqə olmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG