Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:10

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda işgüzar səfərdədir.

Nazirliyinin yaydığı məlumata görə, o, BMT Baş Məclisinin 71-ci sessiyasında iştirak edir.

Elmar Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı və sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə iştirak edəcəyi gözlənilir.

Bundan başqa, o, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası və BMT-nin Sivilizasiyalar Alyansının nazirlər görüşündə iştirak etməlidir .

BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Əsas müzakirələr sentyabrın 20-dən 26-na kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG