Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Türkiyədə məhkəmə İstanbulda avtobusda şortlu gənc qadını vurmuş kişini azadlığa buraxıb. Bu barədə yerli media yazır.

Dindirmə zamanı 35 yaşlı kişi qadına hücum etdiyini boynuna almışdı. Amma məhkəmə çıxardığı qərarda heç bir cinayətin baş vermədiyini bildirib, «Doğan» xəbər agentliyi yazır.

Həmin şəxs deyib ki, zehni xəstəlikdən əziyyət çəkdiyinə görə belə davranıb. Təhlükəsizlik xidmətində işləyən bu kişiyə daha öncə «manik depressiya» diaqnozu qoyulubmuş, - agentlik yada salır.

O, tibb bacısı işləyən qadına «Şort geyinənlər ölməlidir!» şüarını qışqıraraq hücum edib, onu üzündən vurub. Polis şübhəlini Üsküdərədə saxlayıb. Şübhəli polisə deyib ki, qadının geyimi onu qəzəbləndirib.

«Geyindiyi şort uyğun deyildi. Ona görə qəzəblənib belə elədim», - o, «Doğan» agentliyinə söyləyib.

Türkiyədə əksər feministlər qadınlara qarşı zorakılığın artmasından narahatdırlar. Hər il bu ölkədə yüzlərlə qadın öldürülür. Onlar, əsasən, ərlərinin qəzəbinin qurbanı olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG