Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Paralimpiya Oyunları başa çatdı


Bağlanış mərasimi
Bağlanış mərasimi

Braziliyanın Rio-de-Janeyro şəhərindəki «Marakana» stadionunda XV Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 105 qızıl, 81 gümüş və 57 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc), üçüncü yerdə isə Ukrayna qərarlaşıb (41 qızıl, 37 gümüş, 39 bürünc).

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla, 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.

Azərbaycanın paralimpiya yığması medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Azərbaycanın iki idmançısı Rio-2016-da yeni rekordlara imza atıb. F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.

XS
SM
MD
LG