Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:47

Rusiyada rəsmi nəticələr səslərin çoxunu Vahid Rusiya Partiyasının qazandığını göstərir.

Sentyabrın 18-də Rusiyada Dövlət Dumasına seçki olub. Səslərin 90%-i artıq hesablanıb, rəsmi məlumata görə, Dumada 450 yerin 300-dən çoxunu prezident Vladimir Putin-in Vahid Rusiya Partiyası tutub. İlkin nəticələr Vahid Rusiyadan sonra cəmi 3 partiyanın 5%-lik baryeri keçdiyini göstərir. Bunlar: Kommunist Partiyası-13.61%, ultramillətçi Liberal Demokrat Partiyası (13.37%) və Ədalətli Rusiya Partiyasıdır (6.17%). Beləliklə, Dumada təmsil olunacaq partiyaların hamısı Kremlin siyasətinə sadiq olanlardır.

Dumaya seçki qanun pozuntuları və seçicilərin sayının azlığı ilə müşayiət olunub. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 47.5%-i iştirak edib. 2011-ci ildə Dövlət Dumasına seçkidə bu göstərici 60% idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG