Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

İranlı paralimpiyaçı velosiped yarışlarında öldü


 Bahman Golbarnezhad Rio-da (arxada)

Bahman Golbarnezhad Rio-da (arxada)

Rio 2016 Paralimpiya Oyunlarında iranlı velosipedçi Sarafraz Bahman Golbarnezhad kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O bir neçə xəsarət alıb. O, cümlədən boynu zədələnib.

Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.

Bahman Golbarnezhad

Bahman Golbarnezhad

Komitə bildirir ki, Golbarnezhad əsil paralimpiyaçı idi, o, enerji və sevgi ilə öz ölkəsini təmsil etməyə çalışırdı.

İran prezidenti Rohani onun ölümü ilə bağlı Twitterdə yazıb ki, Golbarnezhadın adı İranın paralimpiya tarixində qalacaq.

2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında da iştirak etmişdi. Ancaq medal almamışdı.

Golbarnezhad Şirazda anadan olub.

1960-cı ildə Romada keçirilmiş Olimpiya Oyunlarında da danimarkalı velosipedçi Knud Enemark Jensen ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG