Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Kəşmirdə hərbi bazaya hücum olub, ölənlər var


Kəşmirdə hindistanlı hərbiçilər

Kəşmirdə hindistanlı hərbiçilər

Hindistanın Cammu Kəşmir ərazisində bir qrup silahlı hərbi bazaya hücum edib. 17 hərbçi ölüb, çoxlu yaralılar var.

Rəsmi məlumatda bildirilir ki, Uri qəsəbəsində yerləşən hərbi bazaya soxulan 4 nəfər silah və əl bombalarıyla hərbçilərə hücum edib. Bundan sonra irimiqyaslı əməliyyat başlayıb.

Bölgədəki silahlı qruplar 1989-cu ildən müstəqillik, ya da Pakistana birləşmək üçün belə hücumlar təşkil edir.

Pakistan, Hindistan və Çin arasında yerləşən, dağlıq ərazi olan Kəşmirin şimal və qərb hissələri Pakistan, orta hissəsi Hindistan, şərq hissəsi Çinin idarəçiliyindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG