Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:39

MSK cinayət işi ilə hədələdi


Moskvada seçki məntəqəsi qarşısında adamlar toplaşıb. "Açıq Rusiya" bildirir ki, bu, karuselə hazırlıqdır
Moskvada seçki məntəqəsi qarşısında adamlar toplaşıb. "Açıq Rusiya" bildirir ki, bu, karuselə hazırlıqdır

Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib ki, Altayın Barnaul şəhərindən karusel ( bir dəstə adamın bir neçə məntəqədə səs verməsi- Red.) barədə məlumat gəlib. Panfilova deyib ki, bu, təsdqilənsə, MSK cinayət işinin açılmasını və nəticələrin ləğv olunmasını istəyəcək.

***

Sentyabrın 18-də Rusiyada parlament seçkiləri keçirilir.

Bu seçki Krımın Rusiyaya ilhaqı ilə başlayan müddətdə Qərbin sanksiyaları və neftin qiymətinin düşməsi ilə iqdisadiyyatın böhran yaşadığı bir vaxta təsadüf edir.

Seçkidə irili-xırdalı 14 partiya iştirak edir.

2011-ci ildə keçirilmiş seçkidə hakim Vahid Rusiya Partiyası 450 yerdən 238 yer qazanmışdı.

Kommunist Partiyası 92, “Ədalətli Rusiya” 64, Vladimir Jirinovskinin Liberal Demokrat Partiyası 56 yerə sahibdir.

Azərbaycanda yaşayan Rusiya vətəndaşları da bazar günü VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə səs verirlər.

Bakıdakı Rusiya səfirliyində açılan məntəqədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də səs verib.

Səfirin sözlərinə görə, cəmiyyət arasındakı sorğu, seçkidən sonra da Rusiyanın mövcud olan daxili və xarici siyasətini davam etdirəcəyini deməyə əsas verir.

Doroxin deyib ki, " Rusiyayla Azərbaycanın münasibətlərində heç bir dəişiklik olmayacaq".

Səfirin sözlərinə görə Dövlət Dumasının deputatlarının yarısı birmandatlı seçki dairələriylə seçiləcək.

Doroxin Rusiya səfirliyində seçkilərin keçirilməsində yardım və təmin təhlükəsizlik üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Seçkilər partiya və birmandatlı siyahı üzrə keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG