Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək


Arxiv fotosu

Arxiv fotosu

«Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. İki önəmli beynəlxalq nəqliyyat dəhlizinin – «Şimal-Cənub» və «Şərq-Qərb»in kəsişməsində yerləşən Azərbaycan «Cənub-Cənub» əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir».

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci sammitindəki çıxışında bildirib.

Buna da bax: «Qoşulmamaq hərəkatı»na qoşulmaq Azərbaycana nə verəcək?

Sammit sentyabrın 17-də Venesuelada başlayıb.

Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci sammiti sentyabrın 17-də Venesuelada başlayıb.

E.Məmmədyarov çıxışında son on il ərzində Azərbaycanın dünya enerji bazarında və nəqliyyat infrastrukturunun inkişafı layihələri üzrə önəmli roluna toxunub. Deyib ki, sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib. XİN yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Heydər Əliyev Fondu vasitəsilə Azərbaycan Hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləyib və həyata keçirib.

Elmar Məmmədyarov: «Gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək».

Elmar Məmmədyarov deyib ki, Azərbaycan dünyada inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət verir. Bu il aprelin 25-27-də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Buna da bax: Nazir Qoşulmama hərəkatında

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir bildirib ki, zorakılıq və münaqişələr hələ də inkişaf və çiçəklənməyə mane olur.

Elmar Məmmədyarov deyib ki, üç il sonra Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. 2019-cu ildə Bakıda keçiriləcək 19-cu sammit rəmzi xarakter daşıyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG