Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

"Əli və Nino" Azərbaycanda oktyabrda göstəriləcək [treyler]


Azerbaijan -- The shooting of the film "Ali and Nino" - 2015

Azerbaijan -- The shooting of the film "Ali and Nino" - 2015

-

2015-ci ildə çəkilişinə başlanılmış "Əli və Nino" filminin Azərbaycan üzrə premiyerası bu il oktyabrın 6-da baş tutacaq. Orijinal dili ingiliscə olan film Bakıda azərbaycan dilində təqdim ediləcək.

"Əli və Nino" filimin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Thykier, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Buna da bax: '“Əli və Nino” filminə üç baxış'

Filmdə baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Asad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

Xatırladaq ki, "Əli və Nino" filminin təqribən 20 milyon dollara başa gəldiyi deyilir.

2016-cı ildə çəkilmiş "Əli və Nino" filminin yeni yayılmış treyleri.

Günün bütün mövzuları

XS
SM
MD
LG