Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

Beynəlxalq ekspertlər indiyədək Dağlıq Qarabağa girə bilmirlər


Zeid bin Ra'ad Al Hussein
Zeid bin Ra'ad Al Hussein

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Ermənistan hökumətini bu qurumla tam əməkdaşlıq etmədiyinə görə tənqid edib. «Beynəlxalq ekspertlər indiyədək Dağlıq Qarabağa girə bilmirlər... Mən təəssüf edirəm ki, Ermənistan bizim Tbilisidəki Cənubi Qafqaz ölkələrini dəstəkləyən ofisimizlə hələ də tam əməkdaşlıq etmir», - ali komissar Zeid bin Ra'ad Al Hussein İnsan Haqları Şurasının Cenevrədə keçirilən 33-cü sessiyasında belə deyib.

«OFİSİM QARABAĞ MÜNAQİŞƏSİ ZONASINA GİRƏ BİLMİR»

Dünyada insan haqlarının durumundan danışan yüksəkrütbəli BMT rəsmisi «dondurulmuş münaqişə»lərə də toxunub. O, bu tanınmayan və mübahisəli ərazilərdə milyonlarla insanın dərin qeyri-müəyyənlik içində yaşadığını vurğulayaraq, fikrini belə davam etdirib:

«Bu günədək, o cümlədən aprel savaşından sonra da mənim ofisim Qarabağ münaqişəsi zonasına daxil ola bilmir. Bu səbəbdən insan haqlarının pozulması haqqında ziddiyyətli bəyanatlar yoxlana bilmir. Son onilliklərdə yüz minlərlə qaçqın və məcburi köçkünün insan haqları ilə bağlı durumunu nə bizim ofis, nə də beynəlxalq ictimaiyyət öyrənib».

Xankəndindən görüntülər

«ONLAR BİZDƏN NƏYİ GİZLƏTMƏYƏ ÇALIŞIRLAR?»

Zeid bin Ra'ad Al Hussein Abxaziya, Cənubi Osetiya və Krımla da bağlı rahatsızlığını dilə gətirib. O, BMT-nin İnsan Haqları Ofisinə zorakılıq, özbaşına həbs və işgəncələrə dair məlumatların ard-arasının kəsilmədiyinə diqqət çəkib. Ali komissar, çoxsaylı müraciətlərinə baxmayaraq, yerli hökumətlərin beynəlxalq hüquq müdafiəçilərinin həmin ərazilərə daxil olmasına şərait yaratmadığını bildirib.

Son iki ildə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı çalışan Zeid bin Ra'ad Al Hussein beynəlxalq müşahidəçilərə qapını qapadan hökumətlərin yalnız mövcud şübhələri artırdığını deyib: «Sual doğur: Onlar, əslində, bizdən nəyi gizlətməyə çalışırlar?». O, bütün üzv dövlətləri tam əməkdaşlığa səsləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG