Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:31

Alimdən sürüşmə fəallığı xəbərdarlığı


Sürüşmə
Sürüşmə

Yaxın bir necə gün ərzində bəzi ərazilərdə havaların yağıntılı keçməsi sürüşmə sahələrini xeyli fəallaşdıra bilər. Bu fəallaşma Bakıda da gözlənilir.

«Trend» bu xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadəyə istinadən yayıb.

«Sürüşmələrin fəallaşması ilə bağlı əsas təhlükə Şamaxı, İsmayıllı, Xızı, Şabran, Siyəzən rayonlarında, qismən isə Quba və Qusarda, eləcə də Lənkəran-Astara zonasında və Gədəbəy-Daşkəsən zonasında yarana bilər».

E.Əlizadə Bakıda da sürüşmə sahələrinin nisbi fəallaşmasını mümkün sayıb.

Yağıntılarla bağlı sel təhlükəsinə gəlincə, E.Əlizadə çaylardan selin keçməsinin pik dövrünün artıq ötdüyünü deyib: «Uzunmüddətli yağışlar indi daha çox sürüşmə sahələrinin fəallaşmasına gətirib çıxaracaq. Bəzi çaylarda gursululuq daşqına da keçə bilər. Amma çaylardakı gursululuğun pik forması artıq keçib».

E.Əlizadəyə görə, Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay, Girdimançaydan və Böyük Qafqazın şimal-şərq yamacı çaylarında - Qusarçay, Qudyalçay və Vəlvələçaydan selin keçməsi təhlükəsi nisbətən də olsa, qalır.

XS
SM
MD
LG