Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

İndoneziyada 5.9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Cayapura şəhərindən 48 km şimal-qərbdə, ocağı 10 km dərinlikdə olub.

Dağıntılar haqda məlumat yoxdur.

İndoneziyada yeraltı təkanlar tez-tez olur. 2004-cü il dekabrın 26-da Sumatra adasında baş verən 9.1 gücündəki zəlzələ zamanı hündürlüyü 30 metrə qalxan sunamilər də qeydə alınmışdı.

Həmin vaxt 10-dan artıq ölkədə 230 mindən çox adam ölmüşdü.

Ən böyük ziyan isə İndoneziya, Şri-Lanka, Hindistan və Tailanda dəymişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG