Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Vladimir Putin dopinq qalmaqalı və haker hücumlarından danışdı


Vladimir Putin

Vladimir Putin

“Biz hakerlərin əməli ilə razı deyilik, amma onların elədikləri beynəlxalq ictimaiyyət, ilk növbədə idman ictimaiyyəti üçün maraqsız ola bilməz”.

Bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinə kiberhücumla bağlı qalmaqalı şərh edərkən bildirib.

Putin deyib ki, sağlam idmançılar qanuni şəkildə qadağan olunmuş dərman preparatları qəbul etdikləri bir halda, ağır xəstəliklərdən əziyyət çəkən və ağır əlilliyi olanlar, hətta hansısa dərman qəbul etməkdə şübhəli bilindiklərinə görə Paralimpiya oyunlarından xaric edilirlər.

Putin bunun heç bir çərçivəyə sığmadığını vurğulayıb.

Qeyd edək ki, “Fensi Bers” haker qrupu 8 ölkədən olan idmançıların dopinq testlərinin müsbət çıxması barədə dəlillər çap edib.

Sənədlərin doğruluğunu Ümumdünya Antidopinq Agentliyi də təsdiqləyib.

Onlardan 10-u Birləşmiş Ştatlardan, 10-u Almaniya və Böyük Britaniyadan, həmçinin hərəyə 1 atlet olmaqla Rusiya, Danimarka, Şexiya,Polşa və Rumınyadandır.

Hakerlər bu günlərdə, Ümumdünya Antidopinq Agentliyinin amerikalı tenisçilər Serene və Vinus Uilyamsın terapiya məqsədilə qadağan olunmuş pereparatlar qəbul etmələrinə icazə verməsi barədə məlumat yayıblar.

ABŞ-ın Federal araşdırmala bürosu bundan əvvəl “Fensi Bers” qrupunun Rusiya hakimiyyəti ilə bağlılığı olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG